Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Davosda keçirilən Dünya İqtisadi Forumuna səfərini ləğv edib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ölkədəki enerji böhranının olmasıdır.
Xatırladaq ki, CAR-da elektrik enerjisi təchizatı ilə bağlı problemlər bir neçə aydır davam edir.
Qeyd edək ki, forum “Parçalanmış dünyada əməkdaşlıq” şüarı ilə yanvarın 20-də yekunlaşacaq.