İki uşaq anası 24 yaşlı qadın artıq qalan südünü sataraq küllü miqdarda pul qazanır.
Müstəqil.az xəbər verir ki, Kiprli qadın yeddi ay əvvəl doğulan oğlundan sonra artıq qalan südünü əzələ inkişaf etdirən kişilərə sataraq indiyə qədər xeyli pul qazanıb. Gənc ana bu prosesdə 500 litr süd sağaraq satdığını deyib.
Ana daha öncə artıq qalan südünü saxlama imkanı olmadığı üçün başqa analara verdiyini, amma daha sonra kişilərin əzələ inkişaf etdirmək üçün südə ehtiyacları olduğunu bildikdən sonra südünü satmağa qərar verdiyini bildirib.
Qadın südünü satmaq üçün Facebook qrupu yaratdığını, özündən süd tələb edən insanların siqaret və spirt qəbul etmədiyindən əmin olmaq üçün onu sınaqdan keçirdiklərini də deyib.
Həyat yoldaşı və iki uşağı ilə birlikdə yaşayan qadın hər gün nizamlı olaraq südünü müştərilərinə göndərir.
Qeyd edək ki, gənc ana gündə təxminən 2 litr süd istehsal edir.