Əsəblərinizə təsir edən amillərin yalnız ekoloji və fizioloji olduğunu düşünürsünüzsə aparılan tədqiqatlar sizi təəccübləndirəcək. Elmi araşdırmalar gündəlik yediyiniz qidaların da əsəblərinizə birbaşa təsir etdiyini ortaya çıxarıb.
Moderator.az əsas qidaları təqdim edir:
Qatı yağ və marqarin
İnsan sağlamlığına mənfi təsirləri olduğu məlum olan trans yağlar bədbin olmanızın ən böyük səbəblərindən biri ola bilər. Trans yağ əvəzinə kərə yağı istifadə edin
Qablaşdırılmış şəkərlər
Şirniyyat göründüyünün tam əksi olaraq əsəblərinizə mənfi təsir edir. Tərkibində bir çox müxtəlif zərərli maddə saxlayan qablaşdırılmış şirniyyat uşaqlarda diqqət çatışmazlığı və hiperfunksiya kimi sağlamlıq problemlərinə yol açır.
Faust food
Faust food məhsulların bədəninizə verdiyi zərərləri bilirsinizsə, əsəblərinizə təsiri sizi qorxutmalıdır. Bədbəxtliyə səbəb olduğu müəyyən edilən faust food məhsullar, daşıdığı yağlar ilə də bədənin ən böyük düşmənlərindən biridir.
Paket quru meyvələr və qutu konservlər
Quru meyvə sevənlər üçün pis xəbər! Quru meyvə və qutu konserv kimi hazır məhsullar əsəblərinizə mənfi istiqamətdə təsir edən yeməklərin başında gəlir. Paket quru meyvələrin içində yer alan maddələr insanda yorğunluq, zəiflik kimi hisslərə səbəb olur.