Göyçay Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin edilib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi, polis mayoru Azad Məmmədov vəzifəsindən azad edilərək əməliyyat işlər üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, bundan əvvəl işləyən əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Rasim Mirzəyev keçən ilin dekabr ayında sərəncama götürülüb.