İllər uzunu rus əsarətində olmağımızdan, eləcə də bu dilə marağımızdan dolayı danışıq dilimizdə kifayət qədər rus sözləri var. Təkcə rusdilli insanlar deyil, heç rus dilində adını söyləyə bilməyənlər də konkret rus sözlərini leksikonuna əlavə edirlər. Amma bəzi rus sözləri var ki, onları xarici ölkələrdə işlətsəniz…
İndi baxır da ölkəyə. Bəlkə Fransada olsa-olsa tərs və qəzəbli baxış atarlar. Amma ərəb ölkələrində dəqiq şallağa məruz qalarsınız. Ona görə də aşağıda sadaladığım ölkələrdə nəbadə bu rus sözlərini işlədəsəniz:
1.“Basseyn” (hovuz) sözü Fransada təhqir kimi qəbul edilə bilər. Ən azından yaşlı qadınların qarşısında bunu desəniz, təpənizə “Dior” və ya “Chanel” çantasından yeyə bilərsiniz. “Bas sein” fransızca “sallaq döş” deməkdir. Başqa modeldən olan çantaların ağırlığını isə fransızdilli Belçika, Kanada, Əlcəzairdə də hiss etmək mümkündür.
2.Polyaklar slavyandilli olsalar da “spiçka” (kibrit) sözünü onların yanında işlətməyin. Birdən “s” hərfini eşitməzlər, “piçka” da onların dilində qadın cinsiyyət orqanının jarqon adıdır. Eynən biz türkdilli olsaq da Türkiyədə “yaraq” və “qıç” sözlərini işlətməkdən çəkindiyimiz kimi.
3.Çoxumuz o faydalı meyvəyə xurma deyirik, amma “finik” deyənlər də var. Amanın günüdür, ərəb ölkələrində belə deməyin. Bu söz “cinsi əlaqə” mənasında anlaşılır. İndi təsəvvür edirsiz bazarda xurmasatan qadına “finik” desəniz nə olar?
Şəfiqə ŞƏFA