Bu şəhər “Azərbaycanın Stalinqradı”dır – Hacıyev

Bu şəhər “Azərbaycanın Stalinqradı”dır – Hacıyev

Ermənistanın humanitar atəşkəsə “sadiq qalması” tam riyakarlığın təzahürüdür.

Müstəqil.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter səhifəsində yazıb.

“Səhərdən Tərtər şəhəri güclü artilleriya hücumuna məruz qalır. Şəhərə və ətraf kəndlərə 100-dən çox top mərmisi atılıb, 6 dinc sakin yaralanıb. Bir mülki şəxs qətlə yetirilib. Tərtər – erməni nasizmi qarşısında “Azərbaycanın Stalinqrad”ıdır”, – o yazıb.

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhər və ətraf kəndləri atəşə tutmaqda davam edir. Bir mülki şəxs ölüb.

Share: