Bu sarmaşıq küçələrdə dolaşmışam dərdə! – Xosrov Barışan

Bu sarmaşıq küçələrdə dolaşmışam dərdə! – Xosrov Barışan

DƏRDƏ qəzəli

Şairin göz yaşı oldum, yaraşmışam dərdə.
Önümdə dət duvar olmuş, suvaşmışam dərdə!

Qəfəs içrə doruğa çatmağa, həyat dedilər!
Uçan quşam qəfəsimdə ulaşmışam dərdə!

Azadlıqdır deyə dən-dən dəyişdilər qəfəsi!
Bu devrimin sonucu dətdən aşmışam dərdə!

Mənə qucaq açan ol duzlu dəniz duzlaqdır!
Duza batan gəmiyəm vax yanaşmışam dərdə!

İçimdədir vətənim, hər bir addımım nisgil..!
Bu sarmaşıq küçələrdə dolaşmışam dərdə!

Məni bu həbsdən şeir qutarar sandım, ama,
Şeir də bir qapıdır, ah, aşmışam dərdə!

Xosrov Barışan

(Təbriz )

Share: