22 hərbçi əsirlikdən Ukraynaya qayıdıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak teleqram kanalında məlumat verib.
O bildirib ki, onların arasında müxtəlif istiqamətlərdə döyüşlərdə iştirak edən iki zabit, sıravi hərbi qulluqçu və çavuş da var.
Onlardan ən böyüyünün 54, ən kiçiyinin isə 23 yaşı var.