Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu vəzifəsindən azad edilib, yerinə Hafize Qaye Erkan təyin edilib.
“Qafqazinfo” Türkiyə mətbuatın aistinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.
Bu vəzifə üçün yaşadığı və çalışdığı ABŞ-dan Türkiyəyə qayıdan Erkan qurumun ilk qadın prezidenti olub.
Qeyd edək ki, Erkan 1982-ci ildə anadan olub. O, 2001-ci ildə Boğaziçi Universitetindəki bitirdikdən sonra təhsilini ABŞ-nin Prinston Universitetində davam etdirib.