ABŞ-ın “Moderna” kompaniyasının rəhbərliyi hesab edir ki, onların mütəxəssisləri tərəfindən hazırlanmış vaksin Böyük Britaniyada aşkar olunmuş koronavirusun yeni ştammından müdafiəni təmin edəcək.
“Müstəqil.Az ” “TASS”a istinadən bildirir ki, müvafiq bəyanat kompaniyanın saytında dərc edilib.
“Biz artıq “Moderna” kompaniyasının koronavirusa qarşı vaksini ilə peyvənd olunan insanların və heyvanların qan plazmalarının tədqiqatını aparmışıq. Müəyyən edilmişdi ki, vaksin öz effektivliyini qoruyub saxlayır”, – sənəddə deyilir.
“Bu məlumatlara əsaslanaraq, “Moderna” koronavirusa qarşı hazırlanmış vaksinin tətbiqi nəticəsində yaranan immunitetin bu yaxınlarda Böyük Britaniyada aşkar edilmiş SARS-CoV-2 variantlarına qarşı müdafiəni təmin edəcəyini gözləyir. Önümüzdəki həftələrdə bu gözləntiləri təsdiqləmək üçün əlavə vaksin tədqiqatları aparacağıq”, – bəyanatda qeyd edilir.