“Bugatti” loqotipini və brendin korporativ üslubunu yenilədi

Fransız hiperkar istehsalçısı “Bugatti” məşhur konsaltinq firması “Interbrand”in köməyi ilə öz loqotipini və üslubunu yeniləyib.

Brendin loqosu yenə dəbirləşmiş “E” və “B” hərflərindən ibarətdir, lakin indi onlar ikiölçülü dizaynda və daha müasir, yığcam şriftdə hazırlanıb.

Eyni zamanda, şirkət məhsula yanaşmasını da dəyişir. Bundan sonra “Bugatti” daha geniş auditoriyaya çatmaq üçün təkcə sürət amilinə deyil, dəbdəbə və yüksək texnologiyalara da xüsusi diqqət ayıracaq.

Mənbə: motor.ru

Share: