Bundan sonra ölkədə fəaliyyət göstərən şirkətlərə “halal” sertifikatını Qida Təhlükəsizliyi Agentliyi verəcək.
Müstəqil.Az xəbər verir ki, bu barədə Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib.
Agentlikdən qeyd olunub ki, hazırda ölkə qanunvericiliyinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyinin hüquqi bazası yaradılır:
“Sahibkarlar “halal” sertifikatını hələ ki, əvvəlki qaydada almağa davam edirlər. Agentliyin hüquqi bazası formalaşdıqdan və tam fəaliyyətə başladıqdan sonra bu sertifikatı Qida Təhlükəsizliyi Agentliyi verəcək”.
Qeyd edək ki, hazırda şikətlərə “halal” sertifikatını “AzeSert Halal” sertifikatlaşdırma orqanı verir.