Almaniya 1-ci Futbol Liqasının (Bundesliqa) komandalarından olan “Herta Berlin”in futbolçusu Jan-Pol Boetiusda testikulyar bədxassəli şiş aşkarlanıb.
Bu barədə klubdan açıqlama verilib.
Açıqlamada qeyd edilib ki, 28 yaşlı niderlandlı futbolçuda uroloji müayinələr aparılıb və nəticədə testikulyar bədxassəli şiş aşkarlanıb.
Jan-Pol Boetius “Herta Berlin”in heyətinə yay transfer dönəmində qatılıb. Cinah oyunçusunun əməliyyat olunacağı və bir müddət meydandan uzaq qalacağı bildirilib.
Mənbə: Haber Global