Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey, Niderlandın Baş naziri Mark Rutte, Estoniyanın Baş naziri Kaya Kallas, Rumıniya prezidenti Klaus İohannis və Avropa diplomatiyasının keçmiş rəhbəri Federika Moqerini Şimali Atlantika Alyansının yeni baş katibi vəzifəsinə namizədlər hesab edilirlər.
Müstəqil.Az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu gün Norveç Mərkəzi Bankının sədri təyin olunub.
O, NATO-da rəhbər vəzifədə səlahiyyətləri başa çatdıqdan sonra yeni işə başlayacaq.
Müstəqil.Az