“Bunu etsələr, Türkiyə dilənçi vəziyyətinə düşəcək” – Nazir

Əgər nəzərdə tutulan layihələr dayandırılarsa, ölkəmiz yenidən 16 il əvvəl BVF-dən borc dilənən ölkəyə çevriləcək.
Bu sözləri Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə naziri Əhməd Arslan müxalif namizədlərin çıxışları ilə bağlı açıqlamasında deyib.
“Müxaliflər və müxalif namizədlər həmişə nədən bəhs edir: Layihələri dayandıracağıq. Anlamalıdırlar ki, layihələr dayansa, Türkiyə borc dilənən ölkəyə çevriləcək”, – deyə Arslan bildirib.
Nazir əlavə edib ki, ona görə də 24 iyun seçkiləri öncəki seçkilərdən daha önəmlidir.

Share: