“Burada pendir, kolbasa satırdıq” — Ərdoğanın uşaqlıq xatirəsi…

“Burada pendir, kolbasa satırdıq” — Ərdoğanın uşaqlıq xatirəsi…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rami Kitabxanasının Açılış Mərasimində özü barədə maraqlı açıqlamalar verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident kitabxananın hazırda yerləşdiyi məkan barədə danışıb.

O bildirib ki, burada onun çoxlu uşaqlıq xatirələri var:

“Rami kazarması mənim üçün çox əhəmiyyətlidir. Xeyli vaxt burada pendir, kolbasa və s. satırdıq. Biz burada top oynayırdıq. Yəni bizim belə bir yerdə tariximiz var”.

Qeyd edək ki, kitabxananın sahəsi 36 min kvadratmetrdən çoxdur. Burada hələ ki, 2,5 milyondan çox kitab var.


Share: