Buradakı  texniki-metodiki imkanlar, auditoriyalar məni qane edir…

Buradakı  texniki-metodiki imkanlar, auditoriyalar məni qane edir…

Müstəqil.Az -ın DSD İB-yi ilə birgə hazırladıqları “Dənizçi həyatı” lahiyəsinin budəfəki qonağı İST  Əlavə Tədris Mərkəzinin təlimatçısı, təcrübəli dənizçi-mütəxəssiz Ehtiram Bəşir oğlu  Rəhimovdur.

 Onunla İST Services-nin tədris mərkəzində görüşdüm. Təlim-tədris üçün nəzərdə tutulan sinif otağında dinləyicilərə yeni seritifikat üçün mühazirə oxuyur, sual-cavab edirdi. Təlimə mane olmaq istəməsəm də dinləyici kimi sinif otağımda oturmaq imkanmdan da yaralanmaq istədim. Təlim-tədris başa çatdıqdan sonra həmsöhbət olduq:

 – Ehtiram müəllim, sizinlə “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq. Çox istərdim ki,  özünüz haqda oxucularımıza məlumat verəsiniz.

– Əvvəla, xoş görüşdük, DSD İB olaraq fəaliyyətinizi imkan olduqca izləyirəm. Məlumata gəldikdə isə, qısaca olaraq deyim ki, mən, Ehtiram Bəşir oğlu Rəhimov 1959-cu ilin fevral ayının 22-də Göyçay şəhərində anadan olmuşam. 1966-ci ildə Ucar rayonunun Qazıqumlaq kənd orta məktəbinin birinci sinfinə getmişəm. 1974-cü ildə həmin məktəbin  səkkizinci sinfini bitirdikdən sonra, elə həmin ildə də Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin  “Gəmisürücülüyü” fakultəsinə daxil olmuşam. 1979-cu ildə təhsilimi başa vurduqdan sonra, həmin ilin yanvar ayuının 18-də   Xəzər Dəniz Gəmiçiyində əmək fəaliyyətimə başlamışam.

Beləliklə, Sizin dənizçi həyatınıza start verildi.

– Elədir. Amma təkcə bununla kifayətlənmədim. Qiyabi olaraq Ali Dəniz Mühəndisləri İnstitutunu, sonra isə Moskva Nəqliyyat İnsititunun “Nəqliyyatda İqtisafiyyatın İdarə edilməsi” fakultəsini bitirdim.

– Dəniz və dənizçilik sahəsində uzun yol keçmisiz, təhsil almısız, zəngin bilik və təcrübə toplamısınız. Bu bilik və təcrübənizdən milli gəmiçiliyimiz harada və hansı vəzifələrdə sizdən yaralandı?

– Mənim bütün ömrüm dəniz və gəmiçiliklə bağlı olub. Gəmiçilikdə müvafiq ixtisas üzrə müxtəlif vəzifələrdə işləmişəm.  1996-cı ildən 2003-cü ilin avqust ayınadək ticarət gəmilərində uzaq səfərlər kapitanı olaraq çalışmışam. Bu müddət ərzində, daha dəqiq desək 1996-1997 – illərdə iki dəfə altı aylıq kontrakt üzrə Türkiyə Bayrağı altında uzaq səfərlərdə çalışmışam.

Ehtiram müəllim, kifayət qədər təcrübəniz, zəngin və maraqlı, macəra dolu  dənizçi həyatınız  başqalarının da bu sahəyə gəlməsinə stimul verə bilər. Bəs, siz necə olduz bu sahəni seçdiniz, dənizçi oldunuz?

– Bəzən olur ki, həmkarlarla, dostlarla  keçmiş dənizçi həyatımızdan bəhs edirik, söhbətlərimizin əsas mövzusu dəniz, dənizçi həyatı, bu sahəyə maraq və sevgi olur. O ki qaldı mənim  dənizə gəlməyimə, bu sahəyə  həvəsin yaranmasına, əlbəttə bu kiçik yaşlarımdan yaranıb. Buna səbəb , sözzsüz ki, əmimin dənizçi olmasıdır. İndi o, kapitan olaraq öz karerasını başa vurub,  dənizi isə unutmur, dənizi, bu həyatı unutmaq olmaz.

-Ehtiram müəllim, sizin vikpediyanızla, şəxsi işlərinizlə maraqlanarkən daha sonralar üzən heyyətin tərkibində deyil,  gəmiçiliklə bağlı digər məsul vəzifələrə çalışdığınızı öyrənə bildik…

– Elədir. 2003-dən 2007-ci ilədək Rusiya Federasiyasının Nijnıy Novqorod şəhərində  Xəzər Dəniz Gəmiçiliyinin səlahiyyətli  nümayəndəsi  olmuşam. 2007-ci ilin  yanvar ayının 8-dən isə Dövlət Dəniz Administrasiyasının (DHSNÇ-STCW) şöbəsinə müdir, 2011-ci ildən Dövlət başçısının sərəncamıilə ARDDA-nın rəis müavini, 2018 -ci ilin iyul ayından Nəqliyyat Nazirliyindəki struktur dəyişikliklərdən sanra Agentliyin nəzdində yaradılan “Nəqliyyat Texniki Təminat” Publik Hüquqi şəxsin İdarə Heyyətinin Sədri Təyin edildim. 2021-ci ildə NRDTN-də növbəti struktur dəyişikliklər başladıqda öz ərizəmlə işdən azad oldum. 2023-cü ilin iyul ayının 10-dan  hal-hazırki vaxtadək İST Əlavə Təhsil Mərkəzində  (DHSNÇ-STCW-78) təlimatçı olaraq çalışıram.

– İST Servicesdə təlimatçısınız, dediniz. Yeni təsis edilsə də kifayət qədər tanınan, dəsti-xətti olan bir şirkətdir. İşlər, təlimlər necə gedir, nə deyə bilərsiz?

-Bildiyiniz kimi ARDDA-da calışarkən Dəniz Nəqliyyat sahələrində təlim,tədris, proqramların tərtibatının yoxlanması, təsdiqlənməsi, planlar v.s. bilavasitə mənim kurasiyamda olub. Həm də təhsil müəssisələrində Dövlət İxtisas Komissiyasının sədri funksiyasini yerinə yetirmişəm. Bu səbəbdən mənə ixtisasım olduğu üçün çox maraqlıdır.

Burada təlimatçı müəllimlər üçün yaradılmış sərbəslik, texniki-metodiki imkanlar, auditoriyalar məni qane edir və hal-hazırkı şəraitdə yalnız müraciət edən vətəndaşlarımızı yüksək səviyyədə hazırlamaq , qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən  TTM-ri arasında fərqlənməyi arzu edirəm, hər mənada.

-Nədir bu təhsil Mərkəzinin digərlərindən fərqliliyi?

– İST Əlavə  Təhsil Mərkəzi  fəaliyyəti dövründə yaratdığı texniki və metodiki imkanlar, şərait onu deməyə rəvac verirki, rəhbərlik bu sahədə hədəfləri AR-nın qoşulduğu , MM-də ratifikasiya edilən BDT-nın Konvensiyalarının tələblərinə uyğun olaraq bu sahəni daha yüksək inkişaf yolu ilə irəliyə aparmaqdır. Əlbəttə bu yolda  rəhbərliyin inkişaf strateqiyasının  əsas meyarlarından biri və birincısi  kadr potensialının seçilməsi və müvafiq qaydada yerləşdirilməsi, yeni Naviqasiya,  Maşın şöbəsi mexanızmləri və GMDSS simulyatorları alınıb quraşdırılır v.s. Bu inkişaf yolunda uğurlar arzulayıram məndə bu sahənin AR-da  olan mütəxəssislərindən biri kimi əlimdən gələni inkişafımız yolunda əsirgəməyəcəyəm…

-Sizə və təmsilçisi olduğunuz Tədris Mərkəzinə uğurlar arzulayıram, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirəm.
-Siz sağ olun. Təcrübəli dənizçilərlə həmsöhbət olursuz, onları ötən günlərinə qaytarırsız, təcrübələrini gənc nəslə çatdırırsız.
Söhbətləşdi Faiq Balabəyli

 

 

 

Share: