Buranın nə olduğunu eşidənlər qulaqlarına inana bilmir – VİDEO

Hindistan sıx əhalisi və fərqli həyat tərzi ilə dünyanın ən çox maraq oyandıran bölgələrindəndir.

20 milyondan çox nüfuzu ilə ölkənin ən sıx şəhəri olan Mumbaidə yerləşən Dhobi ghot adlı camaşırxanada 7 min işçi gündə 100 mindən çox camaşır yuyur.

Şəhərin dörd bir tərəfindən gətirilən minlərlə geyimin münasib qiymətlərə təmizləniyi bu camaşırxana həm burada yaşayan və işləyən ailələr üçün, həm də kənardan gələn işçilər üçün çox əhəmiyyətli bir gəlir yeridir. İşçilərin gündəlik gəliri isə təxminən 10-16 manat təşkil edir.

İşçilər 700-dən çox yuma daşına vuraraq təmizlədikləri camaşırları günəşin altına sərərək qurudurlar. Daha sonra ütülənən və paketlərə yerləşdirilən camaşırlar şəhərin fərqli bölgələrindəki müştərilərə çatdırılır. Şəhərdəki bütün otel, xəstəxana və şirkətlər sürətli xidmətinə görə illərdir Dhobi ghota müraciət edirlər.

Bura 2011-ci ildə “ən çox insanın eyni anda əl ilə paltar yuduğu yer” olaraq “Guinnes” rekordlar kitabına düşüb./metbuat.az

Share: