Bürclər – 11 avqust

Bürclər – 11 avqust

Müstəqil.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç – iş, maliyyə məsələləri və karyera ilə bağlı qərarlar qəbul edərkən tələskənliyə yol verməyin. Sizi aldatmağa çalışacaqlar. Etibara layiq olmayan insanlara inanmayın. Maliyyə məsələləri ilə bağlı ixtilaflar yarana bilər. Belə anlarda hədsiz güzəştlərə getməyin. Mövqelərinizi müdafiə edin.

Günün ikinci yarısı romantik görüş, sevdiyiniz insanla ünsiyyət üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlar sizinlə maraqlanırlar. Tanışlıqlar olacaq. Lakin münasibətlər istədiyiniz məcrada inkişaf etməyəcək.

Buğa – bütün diqqəti cari işlərə yönəldin. Xüsusi səylər göstərmədən uğur qazana bilərsiniz. Müttəfiq və tərəfdaşları diqqətlə seçin. Onlar sizi bəzi qayğı və problemlərdən xilas edəcəklər. İşgüzar görüşlər pis keçməyəcək. Səslənən təkliflərdən bəzilərini qəbul edərək maliyyə durumunuzu möhkəmlədə bilərsiniz.

Karyeranızı inkişaf etdirin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə mənfi təmayüllərin təsiri güclənəcək. Adi günlərdən fərqli olaraq qarşıdurma və münaqişə riski artır. Sevdiyiniz insanlarla mübahisə etməyin.

Səhhətiniz pisləşə bilər. Ürək-damar sisteminizi qoruyun.

Əkizlər – gün mahiyyət etibarilə pis deyil. Xüsusilə mühüm saydığınız işlərdə uğura nail ola bilərsiniz. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla təmaslarda aktiv olun. Karyeranızla bağlı məsələləri müzakirə edin. Yaxın ətrafınızdakı insanlarla özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətli olun.

Günün ikinci yarısında sevdiyiniz insana xoş emosiyalar bəxş edin. Axşam saatları ailəvi tədbirlər, qonaq qəbulu üçün pis deyil. Eksperimentlər aparmaq, yeni işə başlamaq olar.

Məqsədə çatacaqsınız.

Xərçəng – günün ilk yarısında mühüm, vacib işlərə başlamayın. İşlər arzuolunmaz məcrada gedə bilər. Ruhdan düşməyin, çətinliklərə sinə gərin. Yanınızdakı insanlardan biri sizə dəstək verəcək. Qəfil hədiyyələr, xoş sürprizlər istisna deyil.

Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Əhvalınız pis deyil. Rasionunuza fikir verin, sağlam qidalanın. Pəhrizə başlaya bilərsiniz. Zərərli vərdişlərdən əl çəkmək asan olmasa da, buna nail olun.

Şir – yaxşı gündür. Yaşamın bir çox sahələrində müsbət təmayüllərin təsiri güclənir. İdeya və planlarınız pis deyil. Yaxın ətrafınızdakı insanlar başladığınız işin perspektivlərinə inanmasalar da, nailiyyətləriniz əhəmiyyətli olacaq. Müttəfiq və tərəfdaş axtarışlarına çox vaxt sərf etməyin. Ağır işlərin öhdəsindən özünüz də gələ bilərsiniz.

Günün ikinci yarısında gəlirlər olacaq.

Sevdiyiniz insanla tam anlaşmaya nail olmağa can atın. Önəmli qərar qəbul etmək fikriniz varsa, qətiyyətli olun.

Qız – önəmli hadisələrin yaşanmayacağı vaxtdır. Amma mahiyyət etibarilə pis gün deyil. Peşəkar fəaliyyət müstəvisində uğurlar əldə edəcəksiniz. İndiyədək münasibətlərinizin gərgin olduğu həmkarlarınızla dil tapa bilərsiniz. Dəyər verdiyiniz insanlardan xəbər, mühüm məlumat alacaqsınız.

Günün ikinci yarısı ailə və məişət qayğılarının çözülməsi, yaşam arealında qayda yaradılması üçün əlverişlidir. Yaxınlarınızla münasibətlərizi nizamlayın. Ailə üzvləriniz ideya və planlarınızı dəstəkləyəcəklər.

Maliyyə fonu stabildir. Gəlirlər az olsa da, xərclər çox deyil.

Tərəzi – yeni işlərə başlamaq üçün əlverişli zamandır. Məsuliyyət tələb edən, mühüm işlərə başlaya bilərsiniz. Yaşamınızda müsbət dəyişikliklərə nail olmaq istəyirsinizsə, iradəli və aktiv olun. İri sövdələşmələr, yeni fəaliyyət sahəsində çalışmaq üçün münasib vaxtdır.

Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Maraqlı tanışlıq olacaq.

Axşam saatlarında əylənə bilərsiniz.

Əqrəb – uğurlu və yaxşı gündür. Yaşamın bütün sahələrində müsbət təmayüllərin təsiri hiss olunur. Başladığınız işləri təxirə salmayın, bitirin. Yaradıcılıq uğurları istisna deyil. İndiyədək çoxlarının duymadıqları və bilmədikləri bacarıqlarınızı başqaları da görəcəklər.

İşgüzar danışıqlar və görüşlər üçün münasib zamandır.

Günün ikinci yarısında sizə pozitiv emosiyalar verəcək tanışlıq istsina deyil. Müsbət dəyişikliklər başlanacaq. Sevdiyiniz insanla münasibətlərdə harmoniyaya mane olan, çoxdan bəri çözmək istədiyiniz probelmi aradan qaldırın.

Oxatan – bir sıra məsələlərin həlli üçün əlverişli gündür. Peşəkar fəaliyyət müstəvisindəki irəliləyişlər sizi sevindirəcək. Rəqiblər passivləşiblər. Çoxdan arzuladığınız fəaliyyət azadlığını, sərbəstlik və asudəliyi əldə edəcəksiniz. Karyerada irəliləyə bilərsiniz. Mövqelərinizi möhkəmləndirməyə, daha səbatlı olmağa çalışın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Axşam saatları yaxşı keçəcək. Ailə üzvləri və yaxınlarınıza pozitiv emosiyalar bəxş etməyə çalışın.

Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

Oğlaq – fəaliyyət üçün pis gün deyil. Diqqətli, səbrli, ciddi olun. Detallara və xırdalıqlara fikir verin. Yaxın ətrafınızdakı insanlar sizə qarşı çox tələbkardır. Yaranmış situasiya ilə bağlı əsəblər tarıma çəkilir. Münaqişə ehtimalı böyükdür.

Maliyyə itkiləri ola bilər. Alış-verişdə çox pul xərcləməyin.

Günün ikinci yarısında tamamilə mənasız bir məqam və ya iş yaxınlarınızla münasibətlərinizi korlaya bilər. Emosiyalarınıza nəzarət edin. Əhvalınız yaxşı deyil. Xroniki ağrılar kəskinləşə bilər.

Dolça – səbrli, təmkinli olun. Hədəfə çatmaq üçün səhvləri sıralamayın. Daha təcrübəli dostlar və yoldaşların məsləhətlərinə qulaq asın. İndiyədək əldə etdiyniz biliklərlə məlumatlar yetərli olmaya bilər.

Alış-verişdə çox pul xərcləməyin.

Günün ikinci yarısında emosiyalar tarıma çəkiləcək, qıcıq yaradan hadisələr yaşanacaq. Hansısa olay ürəyinizcə olmaya bilər, mütləq şəkildə problemlər yaranacaq. Ailədə münasibətləri rəvan edin. Münaqişələrə yol verməyin.

Axşam saatlarında çox sinirlənə bilərsiniz. Əhvalınızın pisləşməsi istisna deyil.

Balıqlar – uğurlu gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Məhsuldar fəaliyyət üçün izafi səylərə ehtiyac yoxdur. Önəmli işgüzar danışıqlar aparmaq olar. Rəqiblərinizi və opponentlərinizi asanlıqla üstələyə bilərsiniz.

Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Sevdiyiniz insanla təmaslarda qayğıkeş olun. Yeni tanışlıqlar, xoş görüşlər istisna deyil. Əməlləriniz və qərarlarınız yanlış olmamalıdır.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. (Milli.Az)

Share: