Doya- doya
Gəl ətirli çiçək ol
Qoxlayım doya- doya.
Sevinç yaşıma dön sən,
Ağlayım doya- doya.
Haçalardan hörüb
Ömrümü yarı bölüb,
Gənclik yaşına dönüb
Çağlayım doya- doya.
İçimdə güvən gərək
Sevib sevilən gərək.
Səni özümə bərk-bərk
Bağlayım doya- doya.
Yada axan özündən
Yalan axan sözundən
Sənin iki gözündən
Dağlayım doya- doya.
Burda bir şair qocalır
Vərəqləri tünd saralmış,
Gözləri heyy yolda qalmış.
Gözəlliklərdən qalanmış
Burda bir şair qocalır.
Əli güclə qələm tutan,
Hər dərdini qəlbə atan.
Yoxsul qalıb, şeir satan
Burda bir şair qocalır.
Ürəyi hər dərdə yanan
Hər bir kəsi, özü sanan.
Dünya içdə dünya quran
Burda bir şair qocalır.
Hər çiçəyə, ləçək taxan
Hərdən suya dönüb axan.
Gözləri hey qəmli baxan
Burada bir şair qocalır.
Xəyalları parça paran
Səni sehrinə aparan.
Sinəsindən daş qoparan
Burda bir şair qocalır.
Susqun sakit, fikrə dalan
Sevgisindən ilham alan.
Qələmiylə işıq saçan,
Burda bir şair qocalır.
Keçmişinə sağol demiş
Bu gününə köklənmiş.
Gələcəyinə söykənmiş
Burda bir şair qocalır.
Səni qoxlayanda
Ruhum yatır dincəlir
Mən səni qoxlayanda.
Qəlbim simi incəlir
Mən səni qoxlayanda.
Dünya donur oxunda
Uzaqda həm yaxında.
Yuxu gəzdim yaxanda
Mən səni qoxlayanda.
Arzularım cin olur
Sinəndə ayılanda.
Dünyalar mənim olur
Mən səni qoxlayanda.
Möcüzələr səs salir
Qəlbimdə saxlayanda.
Mənliyimi çıxarır
Mən səni qoxlayanda.
Uçuram göy üzündə
Verdiyin can sözündə.
Həyat çönür gözümdə
Mən səni qoxlayanda.
Oxu məni
Elə durum baxım sənə
Oxu məni kitab kimi.
Heç vermə sən sual mənə
Oxu məni kitab kimi.
Duruşumdan anla məni
Yerişimdən dinlə məni.
Mən susduqca izlə məni
Oxu məni kitab kimi.
Sevgim sonsuz axım sənə
Səndə səssiz söylə mənə.
Oturum heyy baxım sənə
Oxu məni kitab kimi.
Oxu məni sətir sətir
Vərəqlərim çiçək, ətir.
Məni sən gəl mənə gətir
Oxu məni kitab kimi.
Qadın ürəyi
Əyilib əzabdan incə kurəyi
Bənzəyir ələyən, un ələyinə.
Gor necə zərifdir qadın ürəyi
Üşüyür həzincə yay küləyinə.
Dağ qoyub belinə, gəzir belinde
Təpələr qurubdur, qabar əlində.
Bir dünya qocalıb sanki telində
Vurmayin amandir xal ürəyinə.
Bu qadın anadır, bacıdır sənə
Dərd ilə, yüklənib buz kürəyinə
Siz Allah dəyməyin halal adına,
Qatmayın haramı duz çörəyinə.
Gülgəz Yaqub
(Füzuli rayonu, Horadiz )
Müstəqil.Az