Burkina Fasonun şimalında naməlum şəxslər ordu və könüllü müdafiə qüvvələrinə hücum edib. Nəticədə 40 nəfər ölüb, 33 nəfər yaralanıb.
Səlahiyyətlilərin məlumatına görə, hücum Mali ilə sərhədə yaxın, şimal bölgəsindəki Ouhiquya şəhəri yaxınlığında yerləşən Aorema kəndində baş verib. Bu bölgə “Əl-Qaidə” və İŞİD ilə əlaqəli islamçı qruplar tərəfindən ələ keçirilib. Ölənlər arasında 6 əsgər və 34 könüllü müdafiə qüvvələrinin üzvü var.
Qeyd edək ki, Burkina Fasoda ümumi səfərbərlik elan olunub. Ölkə prezidenti İbrahim Traore ölkə ərazisinin 40%-nə nəzarət edən “cihadçılara” qarşı mübarizənin zəruri olduğunu bildirib.
Yerli qeyri-hökumət təşkilatlarının məlumatına görə, son 7 ildə Burkina Fasoda silahlı hücumlar nəticəsində 10 mindən çox insan həlak olub.
Mənbə: kommersant.ru