Burkina-Faso Silahlı Qüvvələrindən bir neçə hərbi birləşmə Nigerə gəlib.
Bu barədə “Sky News Arabia” nəşri xəbər yayıb.
Telekanal hərbçilərin sayı barədə məlumat verməyib.
Qeyd edək ki, avqustun 31-də Burkina-Faso hökuməti terrorizmin qarşısını almaq üçün ölkənin hərbi kontingentinin Nigerə göndərilməsi haqqında qanun layihəsini təsdiqləyib.
Xatırladaq ki, iyulun 26-da Niger Prezident Qvardiyasının bir qrup əsgəri qiyam qaldıraraq Prezident Məhəmməd Bazumun hakimiyyətdən uzaqlaşdırıldığını elan edib. Ölkəni idarə etmək üçün general Abdurahman Tçianinin rəhbərliyi ilə “Vətənin Qurtuluşu Milli Şurası” yaradılıb. Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin liderləri Nigerə qarşı sərt sanksiyalar tətbiq ediblər. Onlar üsyançılardan Bazumun azad edilməsini tələb ediblər, əks təqdirdə güc tətbiq etməklə hədələyiblər.