“Buta Palace”da 2 Fevral – Gənclər günü münasibətilə tədbir keçirilib.
APA-nın xəbərinə görə, mərasimdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər və idman naziri Azad Rəhimov və digər dövlət, hökumət nümayəndələri iştirak ediblər.
Nazir A. Rəhimov bildirib ki, bugünkü gənclər vətənpərvər, təhsilə meylli, milli-mənəvi dəyərlərə bağlı, diqqətli və təşəbbüskardırlar.
A. Rəhimov qeyd edib ki, Bakı 2025-ci ildə EKSPO sərgisinin keçirilməsi üçün 3 namizəd şəhərdən biridir: “Bugünkü tədbirdə də məhz Ekspo 2025 üçün gənclər arasında esse müsabiqəsinin başladığını elan edirik”.
Bu il Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini xatırladan A. Rəhimov ölkə gənclərinin Azərbaycan prezidenti İlham Əliyevə yekdilliklə səs verəcəklərinə əminliyini ifadə edib.
Tədbirdə bir qrup gəncə Azərbaycan prezidentinin mükafatı təqdim edilib.
Müstəqil.Az