Bütün COVID xəstəxanaları hazır vəziyyətə gətirildi

“Hazırda COVID-19-la mübarizə tədbirləri çərçivəsində profil üzrə TƏBİB-in tabeliyindəki Məhəmmədli Modul Tipli Xəstəxana, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və Masallı Rayon Mərkəzi Xəstəxanası fəaliyyət göstərir”. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirib.

Məlumatda qeyd edilib ki, modul tipli xəstəxanalar və eləcə də digər tibb müəssisələri zəruri avadanlıqlarla tam təchiz olunub:

“Hər an istər koronavirus (COVID-19) xəstələrini, istərsə də digər xəstələri qəbul etməyə hazır vəziyyətdədir. Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir”.

Qeyd olunub ki, hazırda mövcud çarpayı sayı yetərlidir. Koronavirusa yoluxanların mövcud statistikası hələ ki koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan digər modul tipli xəstəxanaların fəaliyyətini bərpa etməyə əsas vermir.

Share: