Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın da daxil olduğu Orta Şərq və Mərkəzi Asiya ölkələri üzrə iqtisadi artım proqnozunu açıqlayıb.
“-Economics” xəbər verir ki, Fond sözügedən ölkələrdə iqtisadi artımın 2023-cü ildəki 2%-dən 2024-cü ildə 2,9%-ə və 2025-ci ildə isə 4,2%-ə yüksələcəyini proqnozlaşdırıb. Bu BVF-nin 2023-cü ilin oktyabr proqnozu ilə müqayisədə müvafiq olaraq 0,5 faiz bəndi az və 0,3 faiz bəndi çoxdur.
BVF həmçinin, qlobal iqtisadi artımın 2024-cü ildə 3,1 faiz və 2025-ci ildə 3,2 faiz olacağı proqnozlaşdırıb.