BVF Pakistan üçün 700 milyon dollar ayırıb

BVF Pakistan üçün 700 milyon dollar ayırıb

BVF Pakistan üçün 700 milyon dollar ayırıb

Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası Pakistana 700 milyon dollarlıq tranşın ayrılmasını təsdiqləyib.

-nın xəbərinə görə, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

“İdarə Heyətinin qərarı təxminən 700 milyon dollara bərabər olan 528 milyon SDR (special drawing rights – xüsusi borclanma hüququ: Beynəlxalq Valyuta Fondu çərçivəsində hesab vahidləri – red.) məbləğinin dərhal buraxılmasını nəzərdə tutur”, – BVF-nin açıqlamasında deyilir.

2023-cü ilin noyabrında BVF ekspertləri və Pakistan Maliyyə Nazirliyinin nümayəndələri respublikaya 700 milyon dollar məbləğində yeni tranşın verilməsi barədə işçi səviyyəsində razılığa gəliblər.

Share: