Türkiyənin Şanlıurfa şəhərində yerləşən hərbi hissənin silah-sursat saxlanılan bölümündə baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 17 nəfərə çatıb.
Müstəqil.Az bildirir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.
Bildirilib ki, yerli vaxtla saat 22.50-də meydana gəlmiş partlayış nəticəsində baş vermiş yanğın artıq nəzarət altına alınıb. Hadisə nəticəsində xəsarət alan 17 nəfərdən biri adi vətəndaş, 16-sı isə hərbi qulluqçudur. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı araşdırma başladılıb.
***
Türkiyənin Şanlıurfa şəhərində yerləşən 20-ci Zirehli Tuqay Komandanlığında partlayış meydana gəlib.
Komandanlığın sursat anbarında baş verən hadisə zamanı 5 nəfər yaralanıb.
Şanlıurfa Valisi Abdulla Erin yaralıların mühafizəçi olduğunu deyib və vəziyyətlərini qənaətbəxş kimi dəyərlənidirib. Valilikdən verilən rəsmi açıqlamada iki ardıcıl partlayışın olduğu və yaralıların sayının 9-a çatdığı qeyd edilib.
Hadisə yerinə yanğınsöndürən briqada və təcili tibbi yardım cəlb olunub.
Faktla bağlı araşdırma aparılır./publika.az
Müstəqil.Az