CƏBHƏNİ QARIŞ- QARIŞ
Milli məsələlər və dəyərlər uğrunda hər hansı bir işə başlamaq üçün vaxt- zaman önəm daşımayıb. Qışın qarında, şaxtasında, bəzən də yayın qaynar istisində min əzaba qatlaşıb qutsal məqsədlərə xidmət edən layihələri reallaşdırmaq nə qədər çətin olsa da, bir o qədər də məsuliyyətli və şərəflidir.
02. 08. 2019 cu il tarixdə “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Cəbhəni qariş-qarış!” layihəsi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında gerçəkləşdirildi. Məlumat üçün bildirim ki, “Cəbhəni qarış-qarış!” layihəsinin rəhbəri “Azərbaycan Yazarlar Klubu”nun sədri, yazıçı-dramaturq-publisist Elçin Hüseynbəyli idi.
Bir məsələni də qeyd edim ki, “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin bu qəbildən olan layihələrində artıq 3- cü dəfə iştirak edirdim.
Layihənin əsas məqsədi isə dövlətin- vətənin, insanın- insanlığın qorunmasında silahlardan daha çox qələmin rol oynadığını insanlara çatdırmaq idi.
Hərbi vətənpərlik ruhuna köklənmiş bu layihəyə ilk öncə düşmənlə sərhəd olan, füsunkar gözəlliyə malik Tovuz rayonundan başladıq. H. Əliyev Mərkəzində rayon ictimaiyyəti ilə keçirilən tədbir zamanı insanlar ordu quruculuğuna dövlət tərəfindən olan yüksək diqqətin önəmini çox həssaslıqla qeyd etdilər. Tədbir sonrası sadə insanlarla görüşlərimizdə də torpaqların, nə yolla olur olsun, işğaldan azad edilməsi əsas mövzu idi.
Tədbirin 2-ci günü, avqustun 3-də Qazax rayonu ərazisində yeləşən “Yeni qəsəbə” məcburi köçkün şəhərciyində oldu. Müasir üslubda salınmış, rayon mərkəzinə demək olar ki, bitişik olan bu qəsəbədə erməni işğalında olan 7 kəndin məcburi köçkünləri məskunlaşmışdır. Ümumiyyətlə, istər hərbi hissələrdə, istərsə də Qazax rayon ictimaiyyəti ilə keçirilən görüşlər zənginliyi baxımından çox əhəmiyyətli idi.
Avqustun 4-də Qazax rayonunun ermənilərlə üz-üzə dayandığı İncədərəsinə daxil olan üç kəndi ziyarət etməyimiz xüsusilə yaddaqalan oldu. Burda insanları hər an düşmən üzərinə hücuma hazır ruhunda görmək çox qürurverici idi.
Bu layihə bir daha sübut etdi ki, sərhəd bölgələrimizi qarış- qarış gəzmək, ən ucqar kəndlərə baş çəkmək həmin yerin insanlarını vətənə, torpağa bağlılığını daha da gücləndirir və onlara ruh verir.
İlqar Türkoğlu
Müstəqil.az