XDND idarəsinin I Qarabağ müharibəsində şəhid olmuş əməkdaşı şəhid Vadim Seyidov. XDND-nin gəmilərindən birinə şəhid matrosumuzun, qəhrəman döyüşçümüzün adı verilib. Onun və XDND idarəsinin I Qarabağ müharibəsinin digər əməkdaşları haqda 2003- cü ildə nəşr etdiyim “Kəsilməyən həyacan fiti kitabımda bəhs etmişdim. Nəşri qələbə günün 1-ci ildönümünə qədər gerçəkləşəcək “Dənizçilərimiz Vətən müharibəsində” növbəti kitabımda da qəhrəmanımız haqqında bu məqalə dərc olunur.
Faiq Balabəyli
——————————————————————————————————————————————————
Xəbər apar anasına, quşcığaz,
Qaqnadını saxlama sən, durma sən
De ki oğlun şəhid oldu, ananı
çox incitmə, çox gözlətmə, yorma sən.
Seyidov Vadim Həsənşah oğlu “Əlixan Qakkayev” (“Vaqif Cəfərov”) gəmisində işləyəndə tanış olmuşdum. O, matros işləyirdi. Yoldaşları arasında səmimi münasibətləri və “xəyallar aləminə səyahəti” ilə seçilməyi ilə ən çox yadımda qalıb.
Müharibənin şiddətli vaxtı idi. Mən həm də jurnalist kimi fəaliyyət göstərirdim, tez-tez cəbhə xəttində olurdum. Müharibədən reportajlar hazırlayırdım. O, bunu bilirdi və söhbətlərimizin əsas mövzusu da müharibədən olurdu.
Bir gün gəminin göyərtəsində durub söhbət edirdik, o məndən siqaret istədi və siqareti alıb yandırdıqdan sonra, Cəbhəyə gedəcəm, dedi. Söz arası deyilən bu sözə doğurdan da heç kəs fikir vermədi. Sonralar Vadim əbədiyyətə qovuşanda, şəhidlik zirvəsinə ucalanda bu söhbəti yenidən xatırladım və təəssüfləndim. Təəssüfləndim ki, nə üçün onun bu sözünü qulaqardına vurduq. Bəlkə də ona görə ki, həmin vaxtlar cəbhəyə yola düşmə, Vətənin qarşısında öz oğul borcunu vermək adi bir hala çevrilmişdi…
Bəlkə də mən onun bu sözlərini jurnalist kimi hər həftə cəbhə bölgələrinə getdiyim üçünmü adi qarşıladım? Bilmirəm. Təkcə onu bilirəm ki, həmin vaxt Vadimə vaxt ayırmağımız, onunla döyüşə yola düşən bir vətənpərvər oğul kimi söhbət etməməylmiz mənə indi də çox pis təsir edir. Əslən Zəngilandan olan baş köməkçi Əziz və bosman Mirzə ilə söhbətimdə də bunu hiss etdim. Hiss etdim ki, onlar da mənim kimi tez-tez cəbhə rayonlarına yola düşmələrinə rəğmən o söhbəti gərək qəribliyə salmayaydılar.
Seyidov Vadim Həsənşah oğlunun xatrəsi dənizçi dostları, işlədiyi kollektivin rəhbərliyi tərəfindən həmişə əziz tutulub, xatırlanıb və xatırlanacaq. Buna onun qısa, lakin şərəfli həyat yolu əsas verir. Onun üçün Vətən torpağına olan sevgidən başqa sevgi yox idi. Dünyaya göz açıdığı Abşeron rayonunda, Xırdalan qəsəbəsində böyüyüb boya-başa çatsa da, onun genetik yaddaşı onu üzü Qarabağa tərəf çəkirdi. Vadim Vətən torpağına bağlılıq, Vətənin dar gününüdə oğullarımızın düşmən çəpəri olduğunu bir daha düşmənə sübut etdi. O Vətən torpağının azadlığı uğrunda özünü sipər etdi, şəhid oldu. İndi işlədiyi Xəzər Dəniz Neft Dononmasında “Vadim Seyidov” gəmisi onun yarımçıq qalmış həyatının davamı, arzularının gerçəkliyidir. Axı Qarabağ Düşməndən azad olunub!
***
Qollarını göy üzündə yorma sən.
Şəhid oldu oğul balan bu yurdda,
Deyə-deyə heç bir yerdə durma sən.