Çəkiliş üçün İrana gedən məşhur aktrisanın başına iş gəldi

Xəbər verdiyimiz kimi noyabrın 12-də İran-İraq sərhədində 7,3 bal gücündə zəlzələ nəticəsində 445 nəfər ölüb, 6 minə yaxın insan xəsarət alıb.

Müstəqil.Az Publika.az– a istinadən Türkiyə mətbuatına istinadən xəbər verir ki, çəkiliş üçün İrana gedən məşhur aktrisa Nurgül Yeşilçay zəlzələ olan zaman hotel otağında olub.

Qorxduğunu gizlətməyən aktrisa zəlzələdən xəsarətsiz çıxdıqlarını deyib:

“Çəkiliş yeni bitmişdi, dincəlmək üçün otağıma qalxdım. O anda zəlzələ oldu. Təkanlar başladı. Qısa davam etdi. İşçilərə zəng etdim. Şükürlər olsun ki, mən və ətrafımdakılar yaxşıyıq. Zərər çəkənlərə Allah kömək olsun”.

 

Müstəqil.Az

Share: