Cəlilabad rayonunun Alaşar kəndi yaxınlığında mürəkkəb relyefə malik dağlıq və meşəlik ərazidə yanğın hadisəsi baş verib.
Müstəqil.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Qeyd olunub ki, görülmüş operativ tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumilikdə dağlıq və meşəlik ərazidə 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağac budaqları yanıb.
Yanğın Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qüvvələri, habelə yerli sakinlər və polis əməkdaşlarının birgə səyi ilə söndürülüb.
Müstəqil.az