21 yaşlı qadın həyat yoldaşının dərmanını içərək zəhərlənib.
APA-nın məlumatına görə, hadisə Cəlilabad rayonun Maşlıq kəndində baş verib.
2001-ci il təvəllüdlü G. Quliyeva həyat yoldaşının psixotrop dərmanlarını qəbul edib. Dərmandan zəhərlənən qadın rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Onun dərmanı intihar məqsədilə ya bilməyərəkdən qəbul etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.