Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, Uzuntəpə kəndində yük avtomobili yol kənarındakı maneəyə çırpılıb.
Hadisə zamanı Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Nuriyev Rövşən Abbas oğlu və daha bir nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.