Cəlilabadda 3,3 maqnitudalı zəlzələ olub.
Bu barədə “Qafqazinfo” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, yerli vaxtla saat 18:35-də Cəlilabad stansiyasından 20 km qərbdə Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.