Cəlilabadın başçısı niyə saxlanıldı? – Deputat

Cəlilabadın başçısı niyə saxlanıldı? – Deputat

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun saxlanılması ilə bağlı yayılan xəbərlər rəsmi olmadığı üçün münasibət bildirə bilmərəm.

Müstəqil.Az bildirir ki, bunu Axar.az-a açıqlamasında Cəlilabadın deputatı Elman Nəsirov deyib. O, bu barədə yalnız mediadan xəbər tutduğunu söyləyib:

“Mən də bunu mətbuatdan öyrəndim. Saxlanılma səbəbi ilə bağlı əlavə məlumatım yoxdur”.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Cəlilabadın icra başçısı Namiq Zeynalovun, birinci müavini Mənsur Məmmədovun və Ərazi özünüidarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaşar Vəliyevin saxlanılması barədə məlumat yayılıb.

Müstəqil.Az

Share: