“Cənubi Qafqazda yenə müharibə acısı yaşanacaq”- Əlövsət ƏLİYEV

“Cənubi Qafqazda yenə müharibə acısı yaşanacaq”- Əlövsət ƏLİYEV

Müharibə bitmədi, çünki müvəqqəti atəşkəsdən narazılıqlar daha çoxdur. Belə davam etsə, Cənubi Qafqazda yenə müharibə acısı yaşanacaq. Kimlər nədən narazıdır?

Müstəqil.Az bildirir ki, bu sözlər tanınmış hüquqşünas, Miqrantlara Hüquqi Yardım  təşkilatının sədri Əlövsət Əliyev özünün feysbuk səhifəsində yazıb. Onun bu fikirdə olmasını əsaslandıran səbəblr bunlardı:
1) Dünya bir müsəlman ölkəsinin xristian ölkəsi üzərində 44 gündə əldə etdiyi qələbəsini həzm edə bilmir.
2) Türkiyə nəticələrdən narazıdır. Qarabağda ermənilərin qalmasını Azərbaycan üçün təhlükə hesab edir.
3) Azərbaycan üçün Dağliq Qarabağ çox önəmlidir. Sıravi vətəndaşlar müharibənin belə bitməsini istəmirlər, hər zaman Qarabağ uğrunda müharibəyə hazırdırlar. Ölkə rəhbərliyi və vətəndaşlar Türkiyə ilə həmrəydir.
4) Ermənistan itirdikləri ilə barişmır, narazıdır.
5) ABŞ, AB, o cümlədən qonşu Gürcüstan Rusiyanın Qafqazda sülhməramlì adi ilə möhkəmlənməsindən narazıdır.
5) İran Azərbaycanla sərhədlərin tam bərpasının Iran Azərbaycanlılarının fəsllaşmasına səbəb olacağından narahatdir.
6) Rusiya əldə etdiyi faktiki ərazinin az olmasından narazıdır, çünki Rusiya daha böyük ərazi planlaşdırmışdı.
Bu qədər narazılar və narahatlıqlar olan halda hər şey bitdi və davamlı sülh olacaq demək düzgün deyil. Odur ki, sülh zəngini çalmağa tələsməyin. Azərbaycan daim Turkiyə ilə birlikdə olmalı, bu çətin geosiyasi vəziyyətdə çevik danışıqlara hazır olmalıdır, deyə Əlövsət bəy fikrini tamamlayıb.
Müstəqil.Az
Share: