Cənubi Qafqazdakı problemlərin həllinə qeyri-regional oyunçuları cəlb etmək cəhdləri ciddi fəlakətlə nəticələnə bilər

“3+3” formatının (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) qapıları əvvəlki kimi Gürcüstan üçün açıqdır.

-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Əgər onlar bu formatda iştirak etməyə hazır olduqlarını hiss etsələr, bütün digər beş ölkə əminəm ki, bunu alqışlayacaqlar “, – deyə rusiyalı nazir müavini vurğulayıb.

Qaluzin Rusiyanın bu formatda fəal işlədiyini söyləyib:

“Tarixi, indiki faktlar onu göstərir ki, bizim üçün regional problemləri region ölkələrindən daha yaxşı heç kim həll edə bilməz. Regional problemlərin həllinə qeyri-regional oyunçuları cəlb etmək cəhdləri ən yaxşı halda heç nə ilə bitər. Ən pis halda isə qlobal miqyasda ciddi fəlakətlə nəticələnər”, – deyə Lavrovun müavini yekunlaşdırıb.

Share: