Cəsarətli dostlardan xahiş edirəm ki, bu müraciəti hərə bir dəfə paylaşsın

Cəsarətli dostlardan xahiş edirəm ki, bu müraciəti hərə bir dəfə paylaşsın

Bir sıra ziyalılarımız Qubad İbadoğlu ilə bağlı ölkə rəhbərinə müraciət ediblər. Müraciətdə yazılır:

Azərbaycan ziyalılarının iqtisadçı alim, professor Qubad İbadoğlunun həbsdən azad edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına

M Ü R A C İ Ə T İ
Cənab Prezident!
Nəzərinizə çatdırırıq ki, ölkəmizi uzun illər dünyanın mötəbər tədris ocaqlarında ləyaqətlə təmsil etmiş professor Qubad İbadoğlu vətənə döndükdən 20 gün sonra – 23 iyul 2023-cü il tarixdə, polis əməkdaşları tərəfindən saxlanılmış və saxlanılma zamanı ona, eləcə də həyat yoldaşına qarşı zorakılıq tətbiq edilmişdir. İyulun 24-də isə məhkəmə Qubad İbadoğlu haqqında Cinayət Məcəlləsinin 204.3.1 maddəsinə istinadla 3 ay 26 günlük həbs qətimkan tədbiri seçmişdir. Qubad müəllimin şəkərli diabet və ürək xəstəsi olmasına baxmayaraq, ona zəruri dərmanlardan istifadə etməsinə icazə verilməmiş – həyatı real təhlükəyə məruz qoyulmuşdur.
Hesab edirik ki, ölkəmizi uzun illər beynəlxalq platformalarda, o cümlədən dünyanın yüksək reytinqli universitetlərdə ləyaqətlə təmsil edən bir elm adamına qarşı bu şəkildə davranış yolverilməzdir və ilk növbədə, dövlətimizin beynəlxalq nüfuzuna xələl gətirir.
Cənab Prezident!
Qubad İbadoğlu 1999-2000-ci illərdə Polşada – Varşava Ali İqtisad Məktəbində doktorluq proqramını müvəffəqiyyətlə başa vurub. 1995-1999-cu illərdə “Ekonomiks” qəzetinin baş redaktoru, 2000-2009-cu illərdə “Ekspert” Jurnalının baş redaktoru, 2002-2012-ci illərdə İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, 2013-2015-ci illər ərzində Azərbaycan Beyin Mərkəzləri Assosiyasının sədri olub.
Qubad İbadoğlu 2012-ci ildən İctimai Təşəbbüslər Mərkəzinin sədri, İqtisadi Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi vəzifələrində çalışır. O, 2008-ci ildə qərargahı Londonda yerləşən “Ödədiyini Açıqla” Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupunun üzvü, 2009-cu ildə qərargahı Buxarestdə yerləşən Qara Dəniz QHT Forumunun İdarə Heyətinin üzvü, 2011-2012-ci illərdə qərargahı Brüsseldə yerləşən Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsinin üzvü, 2013-2019-cü illərdə qərargahı Osloda yerləşən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT)-nin Beynəlxalq İdarə Heyətinin üzvü seçilmişdir
2020-ci ildən isə qərargahı Pekində yerləşən CAREC Beyin Mərkəzləri Şəbəkəsinin Strateji Məsləhət Qrupunun üzvüdür.
Professor Qubad İbadoğlu 2004/2005-ci tədris ilində Budapeştdə Mərkəzi Avropa Universitetində, 2008/2009-cü tədris ilində Çapel Hilldə ABŞ-ın Şimali Karolina Universitetində, 2015/2016-cı tədris ilində Dürhamda ABŞ-ın Duke Universitetində, 2017/2018-ci tədris ilində Prinsetonda ABŞ-ın Qabaqcıl Tədqiqatlar İnstitutunda, 2018/2021-ci tədris illərində Nyu Brunsvikdə ABŞ-ın Rutgers Universitetində elmi tədqiqatlarla və pedoqoji fəaliyyətlə məşğul olub.
2021-ci ildən günümüzədək isə Böyük Britaniyada London İqtisad və Siyasi Elmlər Məktəbinin professoru və baş elmi işçisi vəzifəsində çalışıb və iyul ayının 2-də Vətənə dönmüşdür. London İqtisad və Siyasi Elmlər Məktəbi onunla müqavilə müddətini daha iki tədris ili müddətinə uzatmışdır.
Cənab Prezident!
Düşünürük ki, bu qədər zəngin bioqrafiyaya malik bir alimin həbs edilməsi, erməni işğalına qarşı haqq mübarizəmizdə sərgilədiyimiz ədalətli mövqeyi də hədəf almaqdadır. Artıq erməni mediası bu həbsi bəhanə edərək, “Azərbaycanda yaşayan ermənilərin amanda olmaması” barədə bəzi iddialar irəli sürürlər…
Ona görə biz, bir qrup ölkə ziyalısı olaraq, tanınmış Azərbaycan aliminin azadlığa buraxılması üçün məhz Sizə müraciət etmək qərarına gəldik.
Sizdən xahiş edirik ki, ölkəmizin adına, nüfuzuna kölgə salan bu məsələni öz çəxsi nəzarətinizə götürəsiniz. İnanırıq ki, Qubad İbadoğlunun sağlamlıq
durumunda yaranmış çox ciddi problemləri nəzərə alaraq, zərrə qədər də günahı olmayan bir elm xadiminin azadlığa qovuşmasına şərait yaradacaqsınız.
Böyük hörmət və ümidlə:
1. Hacıbaba Əzimov – professor, İstiqlalçı Millət vəkili
2. Nəsib Nəsibli – tarix elmləri doktoru, professor
3. Cavanşir Quliyev – bəstəkar, əməkdar İncəsənət xadimi.
4. Məmməd İsmayıl – şair, Türk Dünyası Yazarlar və sənətkarlar Vakfının mükafatı laureatı
5. Rüstəm Behrudi – şair
6. Hüseynəli İsmayılov – tibb elmləri doktoru, professor
7. Qulu Məhərrəmli – “Jurnalistikaya Yardım Mərkəzi”nin rəhbəri, professor.
8. Arif Əliyev – “Yeni Nəsil Jurnalistlər Birliyi”nin sədri
9. Mehman Əliyev -Turan İnformasiya agentliyinin direktoru
10. Pərvanə Məmmədli – filologiya elmləri doktoru, professor
11. İdris Abbasov – filologiya elmləri doktoru, professor
12. Sabir Məmmədli – siyasi elmlər doktoru, professor
13. Siracəddin Hacı Filologiya elmləri doktoru
14. Mətləb Mütəllimov – hüquqşünas, İstiqlalçı Millət Vəkili
15. Eldəniz Quliyev – kinodramaturq.
16. Toğrul İsmayıl – professor
17. Kamil Vəli – professor
18. Sabit Bağırov – texnika elmləri namizədi
19. Ədalət Tahirzadə – professor
20. Firuz Mustafa – yazıçı, əməkdar incəsənət xadimi
21. Yasəmən Qaraqoyunlu – filosof alim
22. Xaləddin İbrahimli – professor, Qafqazşünas
23. Zemfira Sadıqova – Əməkdar artist, Prezident təqaüdçüsü.
24. Boran Əziz – tarix üzrə fəlsəfə doktoru
25. Zəkullla Bayramlı – filologiya üzrə fəlsəfə doktoru
26. Vüsalə Ağabəyli – filologiya üzrə fəlsəfə doktoru
27. Nazim Muradov – filologiya üzrə fəlsəfə doktoru
28. Faiq Ələkbərov – Fəlsəfə üzrə fəlsəfə doktoru
29. Yunus Sadıqov – dosent
30. Əli Şamil – folklorşünas alim
31. Zəki Bayram – ədəbiyyatşünas alim
32. Məmməd Talıblı – iqtisadçı alim
33. Səkinə Əliyeva – tədqiqatçı alim, ədəbiyyatşünas
34. Xəqani İsmayıl – tarixçi alim
35. Aydın Mədətoğlu – tarixçi
36. Şahlar Hacıyev – tarixçi
37. Rəhim Telman Sadıqbəyli – kinorejissor
38. Vaqif Azəryar – aktyor, rejissor
39. Yeganə Kərimzadə – rejissor, ssenarist
40. İbrahim Baba Nur – yazıçı, publisist
41. Vahid Qazi – yazıçı, ədəbi tənqidçi-araçdırmaçı
42. Məhəmməd İsrafiloglu – filoloq
43. Tofiq Həsənli – şair
44. Fəxrəddin Atakişi – şair
45. Ayaz Arabaçı – şair
46. Etibar Qərib – şair
47. Seydi Səfəroğlu – şair
48. Əbülfət Novruz – şair
49. Ayaz İmranoğlu – şair
50. Arif Pənahoğlu – şair
51. Sevinc Məmmədova – şair
52. İlqar Atabəyli – şair
53. Naibə Yusif – şair
54. Yeganə Əmiraslan – jurnalist
55. Sədaqət Maarif – jurnalist
56. Rövşən Kəbirli – jurnalist
57. Elman Eldaroğlu – publisist
58. Aynur İmran – araşdırmaçı yazar
59. Zakir Məmməd – tənqidçi, ədəbiyyatşünas
60. Elman Mustafazadə – Beynəlxalq “Xudafərin” jurnalının baş redaktoru
61. Tərlan Eyvazov -Rəssam
62. Namizəd Səfərov – hüquqşünas
63. Əlövsət Əliyev – hüquqşünas
64. Akif Qurbanov – hüquqşünas
65. Ataxan Əbilov – hüquqşünas
66. Hilal Məmmədov – hüquq müdafiəçisi
67. Fikrət Cəfərli – hüquq müdafiəçisi
68. Nəsrulla Nurullayev – Ahıl Ziyalılar Birliyinin sədri
69. Yaşar Ağazadə – hüquqşünas, hüquq müdafiəçisi
70. İbrahimxəlil Balayogullari – beynəlxalq hüquq üzrə mütəxəssis
71. Rəbiyyə Məmmədova – hüquq müdafiəçisi
72. Jalə Cəfərova – ictimai xadim
73 Rövşən Əhmədli – ictimai xadim
74. Qələndər Muxtarlı – tarixçi
75. Ələsgər Siyabli – tarixçi
76. Ramil Nəcəfli – bloger, psixoloq
77. Könül Nuriyeva – yazar, ictimai fəal
78. Nəvai Mətin – rəssam
79. Hafiz Rüstəm – şair, şərqşünas, tərcüməçi
80. Oqtay Əliyev – rəssam
Share: