Sərəncamla təltif edilənlər arasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının “Professor Əziz Əliyev” gəmisinin ikinci mexaniki, leytenant Dəryanur Heybətov, Xəzər Dəniz Neft Donanmasının “Şahdağ” gəmisinin motorçusu Cəfər Səfərli və ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Ülvi Məlikovun adları da var.
Dənizçilər ailəsi adından həmkarlarımızı bu yüksək mükafata layiq gördüyü üçün Ali Baş Komandan, cənab İlham Əliyevə təşəkkürümüzü bildirir, Dəryanur Heybətov, Cəfər Səfərli və Ülvi Məlikovu təbrik edirik.
Eşq olsun Azərbaycan Ordusuna!
Müstəqil.Az