Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın qabaqcıl şirkətlərindən olan “Cahan Holdinq” fevralın 9-da Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara dəstək məqsədilə 40 tona yaxın yardım göndərib.
“Qafqazinfo” xəbər verir ki, qardaş Türkiyədə 6 fevralda baş vermiş güclü zəlzələdən əziyyət çəkən bacı və qardaşlarımıza çətin gündə dəstək olmaq məqsədilə hər kəs kimi “Cahan Holdinq”in sıravi işçiləri və rəhbər heyəti də səfərbər olaraq insanların gündəlik istifadəsi üçün lazım olan ləvazimatlar, qida, qış geyimləri və soyuq hava şəraitində istifadə olunan digər ləvazimatlar toplayıblar. Toplanmış yardım TİR-lar vasitəsilə Naxçıvan şəhərindən Türkiyəyə yola salınıb.
“Cahan Holdinq” heyəti zəlzələdə həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, türk xalqına səbr diləyir.