“Canda tək bir dua varsa, O da sevda duasıdır…”- Əfşan Yusifqızı

SEVDA DUASI

(Əfşan Yusifqızı)

Sevda yükü dediyimiz,
Canın şirin “bəla”sidir.
Sevən qəlbdə abidətək,
Daşa dönüb, qalasıdır.

Payız kimi sərt üzü var,
Qaranlığı, gündüzü var.
Elə bəsirət gözü var,
O bir könül yuvasıdır.

Göz yaşında boğularsa,
Batan çöpə əl atarsa.
Canda tək bir dua varsa,
O da sevda duasdır.

Düşübdür eşqə sanmayın,
Fələk sayır, siz saymayın.
Durub, onu qınamayın,
Bu, bir Əpən ədasıdır.

 

 

 

Gəzirəm

Çıxmışam dağlara alpinist kimi,

Qəlbimə çəkdiyin “dağı” gəzirəm.

O dağdan görürəm cox uzaqları,
Gəzirəm xəyalən ötən çağları,
Sirin duyğuları, şirin vaxtları,
Sənsiz gülü solmuş çağı gəzirəm.


Deyərdin, ömrümün çiçəyi sənsən,
Seh altda uyuyan ləçəyi sənsən,
Güllərin gözəli, göyçəyi sənsən,
İndi xəzan olmuş bağı gəzirəm.


Əfşanam, bar dolu bağım da səndin,
Sevimli dostum da “yaği” m da səndin,
Cavanliq, qocaliq cağım da səndin,
Sənsiz indi dilde ağı gəzirəm.

Müstəqil.Az

Share: