CAR-da leysan yağışları nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb

Cənubi Afrika Respublikasının şərqində yerləşən Kvazulu-Natal əyalətində leysan yağışları nəticəsində həlak olanların sayı 51 nəfərə çatıb.

Müstəqil.AZ SABC News telekanalına istinadla xəbər verir ki, güclü yağış ölkənin şərqində yolları dağıdıb, infrastruktura zərər vurub, evləri su altında qoyub. Hazırda əyalətdə xilasetmə işləri davam edir.

Təbii fəlakətlə əlaqədar dövlət başçısı Siril Ramafosa Misirə səfərini yarımçıq qoyub və zərərçəkən əraziləri ziyarət etmək üçün ölkəyə qayıdıb.

Cənubi Afrika Respublikasının Meteorologiya Xidməti əyalətdə intensiv yağışların aprelin 24-də də davam edəcəyini bildirib.(Azərtac)

Share: