CAR-da Limpopo əyalətində polislə atışmada 18 nəfər güllələnib. Bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat verilib.
İlkin məlumata əsasən, güllələnən şəxslər soyğunçuluqda şübhəli bilinib.
“Milli polis komissarı Fanni Masemola və digər yüksək rütbəli zabitlər hadisə yerinə gediblər Daha ətraflı təfərrüat daha sonra açıqlanacaq”, – deyə, yerli KİV Milli Polisin rəsmi nümayəndəsi Atlenda Matenin sözlərindən sitat gətirir.
Mənbə: “İzvestiya” qəzeti (Rusiya)