Cari ilin 6 aylıq statistikası “Açıq qapı”da

Cari ilin 6 aylıq statistikası “Açıq qapı”da

“Cari ilin 6 ayı ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Çağrı Mərkəzinə 500515 müraciət daxil olub. 

“Qafqazinfo” xəbər verir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 45624 müraciət azdır”. Bu sözləri Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib. Onun sözlərinə görə təzyiqlə bağlı 37096 müraciət daxil olub ki, bu da ötən illə müqayisədə 3728 müraciət azlıq təşkil edir. “Qaz təchizatı ilə bağlı 29967 müraciət daxil olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6492 müraciət az təşkil edir”, – deyə şöbə rəisi qeyd edib. 

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev də bir sıra statistik məlumatları media nümayəndələrinin diqqətinə çatdırıb. Birlik rəsmisi 2023-cü ilin yanvar-iyun ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1689 244 abonentin (ümumi abonentlərin 67,5 %-i) 12 qəpik tariflə, 730969 abonentin (ümumi abonentlərin 29,2 %-i) 20 qəpik tariflə və 83543 abonentin (ümumi abonentlərin 3,3 %-i) isə 25 qəpik tariflə təbii qazdan istifadə etdiyini bildirib. Şöbə rəisi, həmçinin itkilər barədə də məlumat verib. O, qeyd edib ki, cari ilin yanvar-iyun ayları üzrə itki faizi 5,6 % təşkil edib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 2,7 % azdır. Daha sonra görüş media nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.


Share: