Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı Bayraq Günü münasibəti ilə təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, nazir bu haqda tviterdə yazıb.
“Bir kərə yüksələn bayraq bir daha enməz. Şanlı bayrağın daim dalğalansın, ay və ulduzun vətənin üzərində daim parıldasın. Can Azərbaycanın Bayraq Günü mübarək olsun”, – paylaşımda qeyd olunub.