Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu ilə paylaşım edib.
“Qafqazinfoi” xəbər verir ki, C.Bayramov bunu tviter hesabında paylaşıb.
O bildirib ki, M. Çavuşoğlu Türkiyənin xarici işlər naziri vəzifəsini icra edərkən Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında böyük xidmətlər göstərib:
“Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində böyük nailiyyətlərə imza atmış, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə misilsiz xidmətləri olan qardaşım Mövlud Çavuşoğluna dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıram!”.