UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI turun daha 6 oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, bununla da 1/8 finala yüksələn daha iki komandanın adına aydınlıq gəlib.
D qrupunda Fransada “Marsel”ə 2:1 hesabı ilə qalib gələn İngiltərə “Tottenhem”i 1-ci, Portuqaliyada “Sportinq”i eyni hesabla məğlub edən Almaniya “Ayntraxt”ı isə 2-ci yerin sahibi kimi adını növbəti mərhələyə yazdırıb.
Niderland “Ayaks”ı, Almaniya “Bayer”i, İspaniya “Barselona”sı və “Sportinq” isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcəklər.
Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli” və “İnter”, İngiltərənin “Liverpul”, “Mançester Siti” və “Çelsi”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Belçikanın “Brügge”, Portuqaliyanın “Benfika” və “Portu” komandaları pley-offa vəsiqə qazanıblar.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
1 noyabr
A qrupu
“Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya) – 2:0
Qollar: Məhəmməd Salah, 85. Darvin Nunyes, 90+8
“Reyncers” (Şotlandiya) – “Ayaks” (Niderland) – 1:3
Qollar: Ceyms Tavernye, 86 (penalti) – Stiven Bergeys, 4. Məhəmməd Kudus, 29. Fransişku Konseysau, 89
Xal durumu: “Napoli” – 15 . “Liverpul” – 15. “Ayaks” – 6. “Reyncers” – 0.
B qrupu
“Portu” (Portuqaliya) – “Atletiko” (Madrid, İspaniya) – 2:1
Qollar: Mehdi Taremi, 5. Stiven Euştakiu, 24 – İvan Markano, 90+5 (avtoqol)
“Bayer” (Almaniya) – “Brügge” (Belçika) – 0:0
Xal durumu: “Portu” – 12, “Brügge” – 11. “Bayer” – 5. “Atletiko” – 5.
C qrupu
“Bavariya” (Almaniya) – “İnter” (İtaliya) – 2:0
Qollar: Benjamen Pavar, 32. Erik Çupo-Motinq, 72
“Viktoriya” (Plzen, Çexiya) – “Barselona” (İspaniya) – 2:4
Qollar: Tomaş Hori, 51; 63 – Markos Alonso, 6. Ferran Torres, 44; 54. Pablo Torre, 75
Xal durumu: “Bavariya” – 18. “İnter” – 10. “Barselona” – 7. “Viktoriya” – 0.
D qrupu
“Sportinq” (Portuqaliya) – “Ayntraxt” (Frankurt, Almaniya) – 1:2
Qollar: Artur Qomes, 39 – Daiti Kamada, 62. Randal Kolo Muani, 72
“Marsel” (Fransa) – “Tottenhem” (İngiltərə) – 1:2
Qollar: Şansel Mbemba, 45+2 – Kleman Lanqle, 54. Pyer-Emil Höyberq, 90+5
Xal durumu: “Tottenhem” – 11. “Ayntraxt” – 10. “Sportinq” – 7. “Marsel” – 6.
00:15
UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI tura start verilib.
Artıq B qrupunda mübarizəyə yekun vurulub.
Portuqaliyada İspaniyanın “Atletiko” (Madrid) komandasına 2:1 hesabı ilə qalib gələn “Portu” 1/8 finala qrup lideri kimi adlayıb. Madrid təmsilçisi sonuncu yeri tutaraq, avrokuboklarla vidalaşıb.
Almaniyada “Bayer”lə qolsuz heç-heçə edən Belçika “Brügge”si pley-offa ikinci yerin sahibi kimi yüksəlib. Qrup 3-cüsü olan Leverkuzen təmsilçisi isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
1 noyabr
B qrupu
21:45. “Portu” (Portuqaliya) – “Atletiko” (Madrid, İspaniya) – 2:1
Qollar: Mehdi Taremi, 5. Stiven Euştakiu, 24 – İvan Markano, 90+5 (avtoqol)
21:45. “Bayer” (Almaniya) – “Brügge” (Belçika) – 0:0
Xal durumu: “Portu” – 12, “Brügge” – 11. “Bayer” – 5. “Atletiko” – 5.
Qeyd edək ki, “Portu” və “Brügge” ilə yanaşı, İtaliyanın “Napoli” və “İnter”, İngiltərənin “Liverpul”, “Mançester Siti” və “Çelsi”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ və Portuqaliyanın “Benfika” komandaları pley-offa vəsiqə qazanıblar.