UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start verilib.
“Report”un məlumatına görə, ilk oyun günündə altı qarşılaşma baş tutub.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Şimali Makedoniyada “Şkupi”nin qonağı olub. Zaqrebdə 2:2 hesablı heç-heçə ilə başa çatmış ilk oyunu zədə səbəbindən buraxmış 25 yaşlı forvard cavab matçında da meydana çıxmayıb. Səfərdə minimal hesablı qələbə qazanan qonaqlar adını növbəti raunda yazdırıb.
“Dinamo” ilə yanaşı, Danimarka “Midtüllann”ı, Moldova “Şerif”i, Ermənistan “Pünik”i, Çexiyanın “Viktoriya” (Plzen) klubu və Bolqarıstan “Lüdoqorets”i də III təsnifat mərhələsinə adlayıb.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
26 iyul
19:30. AEK (Larnaka, Kipr) – “Midtüllann” (Danimarka) – 1:1 (ƏLAVƏ VAXT – 0:0, PENALTİLƏRLƏ 3:4)
Qollar: Viktor Olatunci, 9 – Henrik Dalsqor, 12
İlk oyun – 1:1
21:00. “Şerif” (Moldova) – “Maribor” (Sloveniya) – 1:0
Qol: Momo Yansane, 89
İlk oyun – 0:0
21:00. “Viktoriya” (Plzen, Çexiya) – HİK (Finlandiya) – 5:0
Qollar: Lüdek Pernitsa, 11. Yan Sikora, 21: 73. Lukaş Heyda, 31. Yan Kliment, 84
İlk oyun – 2:1
21:30. “Düdelanj” (Lüksemburq) – “Pünik” (Ermənistan) – 1:4
Qollar: Mohsin Hassan, 21 – Juninyo, 24. Luka Yuriçiç, 55; 85 Yusuf Otubanyo, 76
İlk oyun – 1:0
23:00. “Şkupi” (Şimali Makedoniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 0:1
Qol: Ariyan Ademi, 47
İlk oyun – 2:2
23:00. “Şemrok Rovers” (İrlandiya) – “Lüdoqorets” (Bolqarıstan) – 2:1
Qollar: Aaron Qrin, 21. Aydomo Emahu, 88 – Kauli, 90+1
Qırmızı vərəqə: Manuel Kafumana, 51 (“Lüdoqorets”)
İlk oyun – 0:3
Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin digər cavab oyunları bu gün olacaq. Azərbaycan çempionu “Qarabağ” Bakıda 3:2 hesabı ilə məğlub etdiyi “Sürix”lə İsveçrədə üz-üzə gələcək.