Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu Bernardo Silva seçilib.
“Qafqazinfo” xəbər verir ki, o, UEFA-nın azarkeşlər arasında keçirilən səsverməsində birinci olub.
Futbolçu turnirin yarımfinal mərhələsinin “Mançester Siti” və “Real” arasında İngiltərədə keçirilən cavab görüşündə yaddaqalan oyun nümayiş etdirib.
Qeyd edək ki, B. Silva “Real”a 4:0 hesabı ilə qalib gəldikləri görüşdə dublla yadda qalmışdı.