Çempionlar Liqasının finalı gələcəkdə ABŞ-də keçirilə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA-nın prezidenti Aleksander Çeferin ESPN-ə açıqlama verib.
O, bu variantın 2025-ci ildən sonra reallaşa biləcəyini deyib:
“Mümkündür. Biz bu ideyanı dünya çempionatından sonra müzakirə etməyə başlamışıq. Bu il Çempionlar Liqasının finalı İstanbulda, 2024-cü ildə Londonda, 2025-ci ildə Münhendə keçiriləcək. Ondan sonra ABŞ variantına baxacağıq”.
Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının finalı iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.